Ənzəli-Rəşt marşrutu üzrə işləyən taksidə oturmuşam. Köhnə bir Pride avtomobilidir. Sağdakı sərnişin rahat oturub, mənsə atılıb-düşürəm. Hər dəfə tramplindən keçəndə elə bilirəm ki, ayağım asfalt üzərində sürünür. Günəş göz çıxarsa da, ilk dəfədir 35 km-lik bu yolun uzanmasını arzulayıram. Ancaq deyəsən, sürücü ayağını qazdan götürmək istəmir.