Cənab Əli Şirazinin Hacı Qasim Süleymani ilə ilk tanışlığı 1982-ci ilin baharına qayıdır. O, Rəfsəncanın Kəşkuiyə rayonundan idi, yeniyetməlikdən Qumun kirmanlılar mədrəsəsində hövzə təhsili alırdı. 1979-cu ildə İmam Xomeyninin Bəsicin yaradılmasına dair fərmanından sonra Rəfsəncan Bəsicini yaratmağı özünə vəzifə bilib şəhərin came məscidində fəaliyyətə başladı, Rəfsəncanda, onun rayon və kəndlərində saysız-hesabsız gəncləri hərbi təlimlərə cəlb etdi.